"Neftçi" Şəki klubuna qarşı - Basketbol Liqasında 4-cü tur

"Neftçi" Şəki klubuna qarşı - Basketbol Liqasında 4-cü tur

Bu gün Azərbaycan Basketbol Liqasında 4-cü tura start veriləcək.

mediasport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilk olaraq lider NTD "AAAF Xırdalan"la münasibətlərinə aydınlıq gətirəcək.

Ardınca meydan "Neftçi" və "Olimpik"in (Şəki) ixtiyarına veriləcək. Turun digər iki matçı isə noyabrın 5-də oynanılacaq.


Azərbaycan Basketbol Liqaı. 4-cü tur

18:30 NTD – AAAF Xırdalan

21:00 "Neftçi" - "Olimpik" (Şəki)

Xal durumu: NTD, "Gəncə" - 6, "Sabah" "Neftçi" - 5, "Sərhədçi", "AAAF Xırdalan" - 4, "Zirvə", "Olimpik" - 3.