Yenidən Bakını təmsil edəcək klub 5 üzvü ilə müqaviləni uzatmadı

Yenidən Bakını təmsil edəcək klub 5 üzvü ilə müqaviləni uzatmadı

Azərbaycan Basketbol Liqasında yenidən Bakını təmsil edəcək NTD klubu beş oyunçu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, Rəşid Abbasov, Qriffin Remmi, Eysan Vayli, Cared Smоll və Daniel Vestbruk yola salınıb.

Basketbolçularla başa çatan müqavilənin müddəti yenilənməyib.

Xatırladaq ki, klub ötən mövsüm "NTD-İNDİQO" adı ilə Xaçmazı təmsil edib və ev oyunlarını rayonun Olimpiya İdman Kompleksində keçirib.