"Dinamo"nun avrokubok oyunlarını Sumqayıtda keçirəcəyi RƏSMİləşdi

"Dinamo"nun avrokubok oyunlarını Sumqayıtda keçirəcəyi RƏSMİləşdi

Belarusun "Dinamo" klubunun UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyi dəqiqləşib.

Mediasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk təmsilçisi Şotlandiyanın "Harts", Danimarkanın "Kopenhagen" və Şimali İrlandiyanın "Larne" kollektivlərini Sumqayıtda qəbul edəcək.

Azarkeşsiz baş tutacaq görüşlər müvafiq olaraq oktyabrın 3-də, saat 20:45-də, noyabrın 28-də, saat 21:45-də və dekabrın 12-də, saat 21:45-də keçiriləcək.