Türkiyə klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

Türkiyə klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

Azərbaycan milli komandasının qarşıdakı oyunlar üçün heyəti açıqlanmasa da, düşərgəyə çağırılan ilk futbolçu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Türkiyənin "Ümraniyəspor" klubunda çıxış edən yarımmüdafiəçi Coşqun Diniyevə dəvərt göndərib.

27 yaşlı futbolçunun milliyə yollanacağını bu yay heyətinə qoşulduğu Türkiyə klubu açıqlayıb.

Yığmamız AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 9-da Bakıda Belçika seçməsi ilə qarşılaşacaq, 3 gün sonra isə İordaniya millisi ilə yoldaşlıq görüşü keçiriləcək.