Fernandu Santuş bu tarixdə jurnalistlərin önünə çıxacaq

Fernandu Santuş bu tarixdə jurnalistlərin önünə çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin Slovakiya - Azərbaycan matçı öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Mediasport.az xəbər verir ki, media nümayəndələri önünə əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş çıxacaq.

8 sentyabrda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası. Qrup mərhələsi. 2-ci tur

7 sentyabr

Slovakiya milli komandası

16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydanı)

19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

Azərbaycan milli komandası

17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)

Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.