Milli albanlara məğlub oldu

Milli albanlara məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olublar.

İlk oyununda Farer adalarına qalib gələn (4:2) yığmamızın turnirdə son oyunu mayın 7-də Moldova futbolçularına qarşı olacaq. Matç Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.