Diniyevlə Bəxtiyarın komandasını meydana çıxmasına peşman etdilər
Türkiyə 1-ci Liqasında 4-cü turun görüşləri oynanılır.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin komandası "Ümraniyəspor" "Bodrumspor"un qonağı olub.
Diniyevin 90 dəqiqə meydanda olduğu matç komandasının darmadağını ilə yekunlaşıb - 0:4. Coşqun 61-ci dəqiqədə sarı vərə ilə "yadda qalıb".
Futbolçumuzun komandası 4 turdan sonra 2 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” səfərdə “Manisa”ya 0:4 hesabıyla uduzub. Həsənalızadə bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Futbolçumuzun komandasının xalı yoxdur və sonuncu pillədə yer alıb.