Ramil Şeydayev Kilian Mbappenin başçılıq etdiyi siyahıda 21-cidir

Ramil Şeydayev Kilian Mbappenin başçılıq etdiyi siyahıda 21-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə Avropada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

mediasport.az xəbər verir ki, siyahıda milli komandamız və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev də yer alıb.

26 yaşlı forvard ötən il 25 qolla yadda qalıb, o, sırlamada 21-ci pillədə qərarlaşıb. Siyahıya 56 qolla Fransa yığması və PSJ-nin üzvü Kilian Mbappe başçılıq edir.