Azərbaycan - İsveç oyununa inanılmaz sayda bilet satılıb

Azərbaycan - İsveç oyununa inanılmaz sayda bilet satılıb

AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sabah Bakıda keçiriləcək Azərbaycan - İsveç oyununa satılan bilet sayı müəyyənləşib.

AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, bu günədək 3200 bilet satılıb.

Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır.

Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən bilet ala bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək.