Dövlət II Divizion klublarına nə qədər pul ayıracaq? - RƏSMİ MƏBLƏĞ
Yeni yaradılan II Divizonda 12 komanda iştirak edəcək.
MediaSport.az xəbər verir ki, bu liqada mübarizə aparan kollektivlərə dövlət tərəfindən maliyyə vəsaiti ayrılacaq. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, II Divizion klublarının hər birinə bir mövsüm üçün 50 min manat məbləğində yardım ediləcək.
Qeyd edək ki, yeni təsis olunan liqada Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz" komandaları iştirak edəcəklər.