"Neftçi"yə uğurlar arzulayıram, təki məqsədlərinə çatsınlar" - Qriqorçuk
"Azərbaycana bir məqsədlə getmişdim. Ümid edirdim ki, "Neftçi"ni çempion edib Çempionlar Liqasında oynayacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Roman Qriqorçuk ölkəsinin mətbuatına açıqlamasında deyib.
Çalışdırıcı "ağ-qaralar"ın qələbəyə həsrət qaldığını söyləyib:
"9 turdan sonra "Neftçi" bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə qarşılıqlı qərar (müqaviləni ləğv etmək) bizim nümayiş etdirdiyimiz nəticələrin nəticəsindən başqa bir şey ola bilməzdi. "Neftçi"yə uğurlar arzulayıram, təki məqsədlərinə çatsınlar".
Qriqorçuk Ukraynada qalıb çalışmaq istədiyini də vurğulayıb:
"Bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Planlarıma daxil deyildi, nədənsə belə seçim yarandı. İdeyalarımı həyata keçirmək istəyirəm".