"Utancaq görünsə də, güclü xarakterə, qabiliyyətə malik oğlandır"

"Utancaq görünsə də, güclü xarakterə, qabiliyyətə malik oğlandır"

Milli komandamızın baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlama verib.

mediasport.az xəbər verir ki, qocaman mütəxəssis "Napoli"nin Çempionlar Liqasındakı çıxışını qiymətləndirib.

Həmçinin Neapol klubunun aparıcı üzvü Xviça Kvaratsxeliya ilə azərbaycanlı futbolçuları müqayisə edib:

“İndiki "Napoli" adamı heyran edir və sevindirir. "Ayaks"a qarşı ilk görüş çətin keçmişdi. Cavab oyununun da asan olmayacağıı gözləmək olardı. Amma biz onların ifasında gözəl oyun gördük. Sözsüz ki, Azərbaycanda da güclü oyunçular var, lakin Xviça Kvaratsxeliya bütün lazımi keyfiyyətlərə sahibdir. O, utancaq görünsə də, güclü xarakterə, üstün texniki qabiliyyətə malikdir, həmişə komandası üçün üstünlük yaradan oğlandır. Amma onsuz da “Napoli” qeyri-adi işlər görür. Viktor Osimhen Çempionlar Liqasında, A seriyasında, İtaliya kubokunda qələbələr uğrunda mübarizədə kömək edəcək başqa bir "silahdır".