Millilərimiz 4-cü turu qələbəsiz başa vurublar - Avropa çempionatı
Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 4-cü turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, kişilərdən ibrarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşıb və görüş rəqibin qələbəsi ilə başa çatıb - 1,5:2.5.
Teymur Rəcəbov və Nicat Abasov məğlub olublar, Rauf Məmmədov xalları yarı bölüb, Şəhriyar Məmmədyarov qalib gəlib.
Qadınlardan ibarət millimiz isə Fransa ilə bərabərə qalıb - 2:2. Xanım Balacayeva məğlub olub, Günay Məmmədzadə qələbə qazanıb, Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqibləri ilə "sülh" bağlayıb.
Bu gün Avropa çempionatında 5-ci turun görüşləri çərçivəsində kişi şahmatçılarımız Monteneqro, qadın millimiz Almaniya ilə qarşılaşacaq.