Milli komandanın 20 yaşlı futbolçusu qəfildən dünyasını dəyişdi

Milli komandanın 20 yaşlı futbolçusu qəfildən dünyasını dəyişdi

Kolumbiyanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Andres Balanta dünyasını dəyişib.

mediasport.az xəbər verir ki, yerli futbol federasiyası 20 yaşlı oyunçunun qəfil öldüyünü açıqlayıb.

İlkin ehtimala görə, məşq zamanı huşunu itirən Balanta infarkt keçirib. O, icarə əsasında "Atletiko Tukuman"da çıxış edirdi. "Deportivo Kali"yə məxsus dayaq yarımmüdafiəçisi ötən mövsümü bu komanda ilə Kolumbiya çempionu kimi başa vurmuşdu.