"Kəpəz"in futbolçusu İtaliyaya yollanıb
“Kəpəz”in futbolçusu Giorgi Papunaşvili Premyer Liqada yaranmış fasilədən istifadə edərək İtaliyaya yollanıb.
Mediasport.az xəbər verir ki, gürcüstanlı legioer Venesiya və Milanda istirahət edir.
28 yaşlı yarımmüdafiəçi Apennin yarımadasından şəkillərini sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Papunaşvili 2023-cü ilin sentyabrında Gəncə klubu ilə mövsümün sonuna qədər müddəti əhaət edən müqavilə bağlayıb.