Xorvatiya yığması Dünya Kubokunun bürünc medallarını qazandı: DÇ-2022

Xorvatiya yığması Dünya Kubokunun bürünc medallarını qazandı: DÇ-2022

Dördilliyin ən böyük futbol yarışı - Dünya Kubokunda bu gün bürünc medalın sahibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, sonuncu mundialın gümüş medalçısı Xorvatiya yığmasının Afrika qitəsi tarixində ilk dəfə yarımfinala vəsiqə qazanaraq medal uğrunda yarışan Mərakeş millisi ilə qarşılaşması azı final qədər böyük maraq və həyəcanlı keçib.

Vitse-Dünya çempionu birinci hissədə vurulan qollarla tarixində ikinci dəfə mundialın bürünc medallarını qazandı. "Damalılar" ilk dəfə Fransa-98-də üçüncü olmuşdular.

Mərakeş isə Afrika qitəsi üzrə, ümumilikdə, müsəlman aləmində futbol tarixinə Dünya Kubokunda yer tutmuş ikinci yığma kimi düşdü. İlk dəfə belə uğura 2002-ci ildəki DÇ-də üçüncülüklə Türkiyə millisi imza atmışdı.


Dünya Kuboku. Üçüncü yer uğrunda oyun

19:00 Xorvatiya - Mərakeş 2:1

Qollar: Yoşko Qvardiol, 7, Mislav Orşiç, 42 - Əşrəf Dari, 9.

Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)

Yan xətt hakimləri: Talıb Əl-Mari, Səud Əl-Maqali (hər ikisi Qətər)

Dördüncü hakim: Rafael Klaus (Braziliya)

VAR hakimləri: Xulio Baskunyan, Bruno Pires (Çili)

"Xəlifə İnternəşnl" stadionu

Xorvatiya: 1. Dominik Livakoviç, 2. Yosip Stanişiç, 4. İvan Perişiç, 7. Lovro Mayer, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 14. Marko Livaya, 18. Mislav Orşiç, 20. Yoşko Qvardiol, 24. Yosip Şutalo.

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 7. Hakim Ziyeş (k), 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf Ən-Nəsir, 18. Vavad Əl-Yamiq, 20. Əşrəf Dari, 23. Bilal Əl-Xannus, 25. Yəhya Attiat-Alla.