"Superkubokun Bakıda keçirilməsi üçün danışıqlarımız davam edir"
“Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla danışıqlarımızı davam etdirəcəyik”.
MediaSport.az xəbər verir ki, bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək SOCAR-la imzalanan sponsorluq mərasimində deyib.
İstanbul nəhənginin rəhbəri “Fənərbağça” ilə həlledici qarşılaşmanın Bakıda keçirilməsini arzuladıqlarını bildirib:
“Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqlidir. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.
Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.