Azərbaycanlı iş adamı Malta çempionatına sponsorluq edəcək

 Azərbaycanlı iş adamı Malta çempionatına sponsorluq edəcək

Azərbaycanlı iş adamı Nəsib Piriyev Malta Premyer Liqasına sponsorluq edəcək.

Mediasport.az xəbər verir ki, neft-qaz maqnatının rəhbərlik etdiyi "360 Holtings LTD" şirkəti yerli çempionatın sponsoru olacaq.

Böyük Britaniyanın "PNN Group"un törəmə şirkəti "360 Holdings LTD"in 3 ildə 600 min avro ödəyəcəyi bildirilir.

Keçmiş baş nazir, hazırda Malta Futbol Federasiyasına rəhbərlik edən Cozef Muskat məsələ barədə danışaraq bu anlaşmanın uğurlu əməkdaşlıq olacağını qeyd edib.

Xatırladaq ki, Piriyevlər ailəsi uzun illərdir neft-qaz sahəsində fəaliyyəti ilə məşhurlaşıb. Nəsib Piriyevin atası Nizami Piriyev də tanınmış biznesmendir. O, hazırda şirkətin İdarə heyətinin sədridir.

Ailənin övladlarından Dorian Piriyev şirkətin Şərq və Afrika ölkələri üzrə neft-qaz layihələrinin idarə edilməsi, babasının adını daşıyan Nizami Piriyev isə kompaniyanın biznesin inkişafı bölməsinin meneceridir.