"Dünya səviyyəli ulduzlar RFŞ-lə oyun üçün Riqaya gələcək"

"Dünya səviyyəli ulduzlar RFŞ-lə oyun üçün Riqaya gələcək"

"Dünya səviyyəli ulduzlar RFŞ-lə oyun üçün Riqaya gələcək".

Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq Latviya təmsilçisi RFŞ sosial şəbəkəsi hesabında etdiyi paylaşımda yazıb.

Riqa klubu icarə əsasında cari mövsümü İstanbul nəhəngində keçirəcək hücumçu Viktor Osimhenin fotosunu rəsmi səhifəsində paylaşaraq, dünyaca tanınmış futbolçularla qarşılaşacaqlarına işarə vurub.

Xatırladaq ki, RFŞ ötən mövsüm UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Sabah"ın rəqibi olub, təmsilçimiz hər iki matçda qələbə qazanıb (Latviya, 2:0; Bakı, 2:1).