AVRO-2024-ə son 3 biletin sahibi bu axşam məlum olacaq

AVRO-2024-ə son 3 biletin sahibi bu axşam məlum olacaq

Futbol üzrə AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş keçid pley-off görüşlərində final oyunlarına bu gün start veriləcək.

Mediasport.az xəbər verir ki, yayda Almaniyada baş tutacaq qitə birinciliyinə seçmə mərhələdə lisenziya əldə etmiş 21 milli komandaya Millətlər Liqası xətti ilə qoşulacaq daha 3 kollektivin adı həlledici matçlardan sonra müəyyənləşəcək.

A yolunda Estoniyanı darmadağın edən Polşa (1:5), Finlandiyanı mübarizədən kənarlaşdıran Uelslə (1:4); B yolunda İsraili məğlub edən İslandiya (1:4), geri dönüş edərək Bosniya və Herseqovinanı üstələyən Ukrayna ilə (1:2) qarşılaşacaq.

C yolunda isə Gürcüstan Yunanıstanla qarşılaşacaq. Onlar müvafiq olaraq, keçid pley-offunda Lüksemburq və Qazaxıstanı məğlub ediblər.

AVRO-2024. Keçid pley-offu. Final

26 mart

21:00 Gürcüstan - Yunanıstan

23:45 Uels - Polşa

23:45 Ukrayna - İslandiya