Avropa Superliqasında oynayacaq klublara 100 milyon veriləcək
"Avropa Superliqası 2024/2025-ci illər mövsümündən start götürə bilər".
Mediasport.az xəbər verir ki, bunu "Barselona"nın prezidenti Xuan Laporta deyib.
Kataloniya klubunun rəhbəri iştirakçı komandalara yüksək ödəniş olunacağını bildirib. Laporta qeyd edib ki, hər kluba 100 milyon avro veriləcək:
"Ola bilər ki, turnir 2025/2026 mövsümündə reallaşsın. İngiltərə klublarının Superliqada iştirak etməmələri önəmli deyil. Fikrimcə, məbləğ kifayət qədər böyükdür. UEFA Çempionlar Liqasının qalibi bu qədər qazanc əldə etmir".
Qeyd edək ki, UEFA və FİFA-nın Avropa Superliqası ilə bağlı tətbiq etdiyi qadağa qərarını Avropa məhkəməsi 2023-cü il dekabrın 21-də ləğv edib.