Daha 7 komanda II təsnifat mərhələsinə çıxdı - Çempionlar Liqası

Daha 7 komanda II təsnifat mərhələsinə çıxdı - Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

MediaSport.az xəbər verir ki, ikinci oyun günündə 7 matç keçirilib.

Azərbaycan çempionu "Qarabağ"la yanaşı, "Olimpiya" (Sloveniya), "Astana" (Qazaxıstan), "Klaksvik" (Farer adaları), "Slovan" (Slovakiya), "Ludoqores" (Bolqarıstan) və HİK (Finlandiya) klubları adlarını növbəti mərhələyə yazdırıblar.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. Cavab oyunları


“Valmiera” (Latviya) - “Olimpiya” (Sloveniya) 1:2 İlk oyun 1:2

“Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) 1:2 İlk oyun 1:1

“Ferensvaroş” (Macarıstan) - “Klaksvik” (Farer adaları) 0:3 İlk oyun 0:0

"Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) 4:0 İlk oyun 2:1

“Svift” (Lüksemburq) – “Slovan” (Slovakiya) 0:2 İlk oyun 1:1

“Ludoqores” (Bolqarıstan) - “Ballkani” (Kosovo) 4:0 İlk oyun 0:2

“Larne” (Şimali İrlandiya) – HİK (Finlandiya) 2:1 (əlavə vaxt - 0:1) İlk oyun 0:1