Dvorkoviç Azərbaycana gələcək
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycana gələcək.
mediasport.az xəbər verir ki, FIDE prezidentinin səfərində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” beynəlxalq şahmat festivalının açılış mərasimində iştirak etməkdir.
Arkadi Dvorkoviç səfər zamanı bir sıra görüşlər də keçirəcək.