Kişi komandamızdan növbəti heç-heçə, qadın millimiz qalib gəldi

  Kişi komandamızdan növbəti heç-heçə, qadın millimiz qalib gəldi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, kişilərdən ibarət komandamız Yunanıstanla heç-heçə edib - 2:2.

Qadın şahmatçılardan ibarət millimiz İsveçrəni məğlub edib (4:0).

Ümumdünya Şahmat Olimpiadası. 9-cu tur

Kişilərin mübarizəsi

Yunanıstan - Azərbaycan - 2:2

Nikolas Teodoro - Aydın Süleymanlı - 1:0

Stamatis Kourkoulos-Artidis - Rauf Məmmədov - 0:1

İonnis Papaioanou - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Andreas Kelires - Məhəmməd Muradlı - 0,5:0,5

Xal durumu: 1. Hindistan - 16 xal, 2. Özbəkistan, 3. Macarıstan - 14 xal, 20. Azərbaycan - 11 xal.

Qadınların mübarizəsi

İsveçrə - Azərbaycan - 0:4

Aleksandra Kostenyuk - Günay Məmmədzadə - 0:1

Lena Georgesku - Ülviyyə Fətəliyeva - 0:1

Sofiya Xrızlova - Gövhər Beydullayeva - 0:1

Mariya Manko - Xanım Balacayeva - 0:1

Xal durumu: 1. Hindistan, 2. Polşa, 3. Qazaxıstan - 14 xal, 20. Azərbaycan - 11 xal.