Millimizdən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbə

Millimizdən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbə

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

mediasport.az xəbər verir ki, yığmamız bu dəfə Bolqarıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.

Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovadan ibarət komanda Qazaxıstanla isə bərabərə qalıb – 2:2.

Qeyd edək ki, millimiz ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.