Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vuruldu

Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vuruldu

16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Qax Olimpiya İdman Kompleksində baş tutub.

Müxtəlif yaş kateqoriyalarında Renat Məmmədrzayev, Xədicəxanım Dadaşzadə, Cavad Abbassoy, Xanımzər Hümbətli, Əlisəfa Zeynallı, Nuray Məmmədli, Elçin Şəkərəliyev, Ayan Əliyeva, Yusif Abasov, Nihal Heydərli birinci yeri tutub.

Komanda nəticələrinə əsasən 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi həm A, həm də B qrupu üzrə birincilik qazanıb.

Yarışda Azərbaycanın 26 şəhər və rayonundan ümumilikdə 482 yeniyetmə iştirak edib.

Bağlanış mərasimində qaliblərə diplom, kubok və mükafatlar təqdim olunub.