Əfsanəvi Araqonesi geridə qoyan Qrizmann "Atletiko" tarixinə düşüb
"Atletiko" İspaniya Superkubokunun yarımfinal mərhələsində "Real"a uduzub (3:5) və yarışda mübarizəni dayandırıb.
Mediasport.az xəbər verir ki, matç "hindular"ın forvardı Antuan Qrizmann üçün əlamətdar olub.
Komandasının ikinci qolunu vuran fransalı "Atletiko" tarixinin bombardiri (174 qol) ünvanına sahib çıxıb və "matrasçılar"ın əfsanəvi futbolçusu Luis Araqonesi geridə qoyub (173 qol).
Qrizmann 174 qolun 123-nü İspaniya La Liqası, 31-ni UEFA Çempionlar Liqası, 13-nü ölkə kuboku, 6-nı Avropa Liqası və 1-ni İspaniya Superkubokunda vurub.