Dünya Kuboku-2022-nin "ən yaxşıları" mükafatlarına qovuşdular - ADLAR

Dünya Kuboku-2022-nin "ən yaxşıları" mükafatlarına qovuşdular - ADLAR

Argentinanın zəfəri ilə başa çatan 22-ci Dünya Kubokunun "Qızıl buts" mükafatı sahibinə təqdim edilib.

mediasport.az xəbər verir ki, gümüş medalçı Fransa yığmasının ulduzu Kilian Mbappe vurduğu 8 qolla bu mükafata layiq görülüb.

24 yalı futbolçu çempion Lionel Messini 1 top qabaqlayıb.

Mundialın digər ən yaxşı mükafatları isə çempion olan Argentina yığmasının üzvlərinə verilib. Ən yaxşı futbolçu Lionel Messi, ən gənc futbolçu Enso Fernandes və ən yaxşı qapıçı mükafatını Emiliano Martines alıb.