"Olimpiakos" bizi yaxşı təhlil etmişdi, çox imkanımız olmadı" - ZUBİR
"Qarabağ"ın fulbolçusu Abdullah Zubir Avropa Liqası qrup mərhələsinin dördüncü turunun "Olimpiakos"la matçından (0:0) sonra "CBC Sport" kanalına açıqlama verib.
mediasport.az xəbər verir ki, fransalı vinger növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlarını deyib.
- İlk oyuna nəzərən bu matç daha çətin keçdi. "Olimpiakos" bizi yaxşı təhlil etmişdi. Çox imkanımız olmadı. Qarşımızda 2 matç var. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq". "Frayburq" artıq qrupdan çıxıb. Biz də mərhələ adlamaq üçün mübarizə aparacağıq. "Nant" və "Frayburq"la oyunda qələbə qazanmağa çalışacağıq.