"El Klasiko"nu izləyən Samir Abasov "Barselona"da - FOTO

"El Klasiko"nu izləyən Samir Abasov "Barselona"da - FOTO

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"da çalışan məşhur həmkarı Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

Mediasport.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan mütəxəssis əvvəlcə burada "Real" və "Barselona" (3:2) komandaları arasında baş tutan oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək.

"Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Xerard Martines müşayiət edir.