Premyer Liqa təmsilçimiz 275 min avroluq nigeriyalı futbolçu ilə anlaşdı
Yay hazırlıqlarını davam etdirən "Kəpəz" yeni futbolçu ilə anlaşıb.
MediaSport.az saytına daxil olan məlumata görə, Gəncə təmsilçisi nigeriyalı yarımmüdafiəçis Visdom kanu ilə razılaşıb.
Hücumameylli futbolçu bu gün-sabah düşərgəyə qoşulacaq. 29 yaşlı afrikalının son klubu Slovakiyada "Zemplin" olub. Hazırda azad agent statusu daşıyan Kanunun Gəncə klubuna keçidi pulsuz başa gəlib.
Nigeriyanın "Laqos" klubunun yetirməsidir, 2016-cı ildən Slovakiyada çıxış edir. "Transfermarkt"da futbolçunun dəyəri 275 min avro göstərilib. Öyrəndiyimizə görə, Kanunun "Kəpəz"ə keçidi daha ucuz - 200 min manata başa gələcək.