Əliyar Ağayev İngiltərə - Almaniya oyununda - Avropa çempionatı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev U-21 yığmalarının Avropa çempionatında növbəti təyinatını alıb.
MediaSport.az xəbər verir ki, Ağayev C qrupunun sonuncu turunun İngiltərə - Almaniya matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qarşılaşma iyunun 28-ə "Batumi Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Ağayev yarışın Belçika və Niderland milliləri arasında açılış görüşünün baş hakimi olub. Çexiya - Almaniya qarşılaşmasında isə 4-cü hakim funksiyasını yerinə yetirib.