Əliyar Ağayevin işinə bu UEFA nümayəndəsi qiymət verəcək
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq Əliyar Ağayevin idarə edəcəyi görüşün digər təyinatları açıqlanıb.
mediasport.az xəbər verir ki, qarşılaşmanın VAR hakimi polşalı Tomaş Kviatkovski, onun köməkçisi Bartoş Frankovski olacaq.
Sloveniyalı Vladimir Şayn hakim-inspektor, şotlandiyalı Cerri O`Haqan UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Matç noyabrın 2-də Kopenhagendəki "Parken" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Məlumat üçün deyək ki, VAR hakiminin köməkçisi Bartoş Frankovski ötən mövsüm Konfrans Liqasının qrup oyunu çərçivəsində Bakıda keçirilmiş "Qarabağ" - "Marsel" duelində baş hakim olub.