"Şamaxı"nın sabiq baş məşqçisinin yeni iş yeri açıqlanıb - RƏSMİ
Vüqar Əsgərlinin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, o, "Qarabağ"ın U-15 komandasının baş məşqçisi təyin edilib.
Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı "Şamaxı" olub.
Mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.