Bəxtiyar Həsənalızadənin komandası "Sakaryaspor"a qarşı

Bəxtiyar Həsənalızadənin komandası "Sakaryaspor"a qarşı

Bu gün Türkiyə 1-ci Liqasında 16-cı tura start veriləcək.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" açılış matçında "Sakaryaspor"u qəbul edəcək.

"Tuzlaspor" hazırda yarışın turnir cədvəlində 13 xalla 16-cı, "Sakaryaspor" 26 xalla 5-ci pillədə qərarlaşıb.

Arda Turanın çalışdırdığı "Eyüpspor" isə 39 xalla vahid liderdir.


Türkiyə 1-ci Liqası. 16-cı tur


15:00 "Tuzlaspor" - "Sakaryaspor"

18:00 "Giresunspor" - "Gənclərbirliyi"

21:00 "Kocaelispor" - "Bodrumspor"