Mahir Emrelinin komandasına yeni baş məşqçi gətirildi - RƏSMİ
"Konyaspor"da icarə əsasında çıxış edən futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" klubunun yeni baş məşqçisi müəyyənləşib.
mediasport.az xəbər verir ki, Ante Çaçiçi istefaya göndərən Zaqreb klubunu bundan sonra keçmiş futbolçusu İqor Bişçan çalışdıracaq.
45 yaşlı mütəxəssislə rəsmi müqavilə bağlansa da, detalları açıqlanmayıb. Bişçan buna qədər Xorvatiyanın U-21 yığmasının baş məşqçisi olub.
Mahir Emrelinin Türkiyə klubu ilə icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.