"Qarabağ"ın pley-offda mümkün bütün rəqibləri məlumdur - SİYAHI
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində mümkün bütün rəqibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş komandalar yollarına ikinci nüfuzlu klub yarışında davam edəcəklər.
Qurban Qurbanovun rəhbərlik etdiyi "köhlən atlar" bu axşam Avropa Liqasında pley-offa çıxsa, bu raundda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”la (Donetsk, Ukrayna) qarşılaşa bilər.
"Qarabağ"ın 1/16 finala çıxması üçün "Hekken"i məğlub etməsi və yaxud "Bayer"in "Molde"yə qalib gəlməsi lazımdır.
Əks halda təmsilçimiz Avropa Konfrans Liqasının pley-offuna düşəcək.
Pley-off mərhələsinin püşktü dekabrın 18-də atılacaq. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.