600-dən çox idmançının iştirakı ilə qış seminarı baş tutub
Azərbaycan Karate Federasiyasının (AFK) tərkibindəki Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı baş tutub.
Mediasport.az xəbər verir ki, tədbirdə 600-dən çox uşaq, yeniyetmə, gənc idmançı iştirak edib.
Eyni zamanda, seminara 60-dan çox məşqçi və müəllimlər də dəvət edilib.
Gəncə, Lənkəran, Yevlax və digər bölgələrin idmançıları da burada iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə karatenin kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə seminar start götürüb.
Sonda bütün iştirakçılar sertifikatla təltif ediliblər.