İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

Karate yığmamız Türkiyənin Konya şəhərində keçirilən yeniyetmələr və gənclər arasında Dünya çempionatında ilk qızıl medalını qazanıb.

Azərbaycan Karate Federasiyasından mediasport.az saytına verilən məlumata görə, 55 kq-da mübarizə aparan Fərid Savadov (16-17 yaşlı gənclər) bütün rəqiblərindən üstün olub.

İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq) və Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) mundialın bürünc medalını qazanıblar.

Bu gün 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

105 ölkədən 1 861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.