"Avropa Oyunlarında daha yüksək reytinqli rəqiblərlə qarşılaşacağıq"
"İkinci dəfə Avropa Oyunlarının qalibi olmaq istəyirəm".
MediaSport.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət karate yığmamızın lideri İrina Zaretska deyib.
27 yaşlı dünya və Avropa çempionu iştirak edəcəyi III Avropa Oyunları haqda fikirlərini bölüşüb: “Ümid edirəm ki, hər şey yaxşı olacaq. Premyer Liqanın geridə qalan mərhələlərində bir qızıl, bir bürünc medal qazanmışam. Bilirəm ki, Avropa Oyunlarında daha yüksək reytinqli rəqiblərlə qarşılaşacağıq. Mən bütün gücümlə yarışa hazıram. Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağam”.