Renat Dadaşovun komandası 2-ci Liqa klubu ilə qarşılaşacaq
Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" 2-ci Liqa təmsilçisi "Düzcespor"u qəbul edəcək.
"Düzcespor" hazırda Türkiyə 2-ci Liqasının qırmızı qrupunda 16 oyundan sonra 20 xalla 9-cu sırada qərarlaşıb.
Volkjan Dəmirəlin baş məşqçisi olduğu Hatay təmsilçisi Superliqada 14 turdan sonra 18 xalla 10-cudur.
Türkiyə Kuboku. 4-cü mərhələ
18:00 "Hatayspor" - "Düzcespor"