Afrikadakı lisenziya yarışında bu idmançılarla təmsil olunacağıq

Afrikadakı lisenziya yarışında bu idmançılarla təmsil olunacağıq

Tunisdə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verən ağırlıqqaldırma üzrə Afrika çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.

Qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə İsa Rüstəmovla (67 kq) Ömər Cavadov (73 kq) 33-cü Afrika çempionatında körpücük üzərinə çıxacaqlar.

Yarış 11-18 may tarixlərində təşkil olunacaq.

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb ötən ay İrəvanda keçirilən Avropa çempionatında ermənilərin təxribatı nəticəsində milli komandamızın yarışda iştirak edə bilməməsidir.