Ömər Cavadov Avropa çempionatında iki gümüş medal qazandı

Ömər Cavadov Avropa çempionatında iki gümüş medal qazandı

Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

mediasport.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.

“Zirvə” İdman Klubunun təmsilçisi Ömər Cavadov 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Cavadov birdən qaldırmada 140 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.

Toplam 305 kq (140+165) nəticə göstərən atletimiz yekun sıralamada 2-ci yeri tutaraq gümüş medal qazanıb.