Çempionat qızların yarışı ilə başlandı

Çempionat qızların yarışı ilə başlandı

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə qızların yarışı ilə start verilib.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet iştirak edəcək.

Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.