Ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edəcəklər
İyulun 26-dan avqustun 3-nədək Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.
MediaSport.az xəbər verir ki, Yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Ölkəmizi U-20 qadınların mübarizəsində Rahilə Hüseynzadə (87 kq), U-20 kişilərin yarışında Əli Şükürlü (109 kq) və U-23 kişilər arasında Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) təmsil edəcəklər.