Federasiya təcavüzdə ittiham olunan baş məşqçini uzaqlaşdırdı
2019-cu ildən malta millisinə rəhbərlik edən Devis Manca baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb. MediaSport.az xəbər verir ki, məlumatı Malta Futbol Assosiasiyasının rəsmi saytı paylaşıb.
48 yaşlı mütəxəssis oyunçulara qarşı cinsi təcavüzdə ittiham edilir. Federasiya bəyanat yayıb ki, qurum məsələyə baxacaq və baş məşqçiyə özünü müdafiə etmək şansı tanınacaq.