Kriştianu Ronaldo əfsanəvi Romario və Messidən öndədir
Klub yarışlarında indiyə qədər ən çox qol vurmuş futbolçuların yeni siyahısı açıqlanıb.
MediaSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytının açıqladığı siyahıya "Mançester Yunayted" hücumçusu Kriştianu Ronaldo liderlik edir.
Portuqaliya millisinin 37 yaşlı kapitanı ümumilikdə 699 qol vurub. 1985-2007-ci illərdə 691 qol vurmuş əfsanəvi braziliyalı Romario ikinci, PSJ-nin futbolçusu Lionel Messi isə 690 qolla üçüncüdür.
Siyahıda karyerasını davam etdirənlərdən "Barselona"nın polşalı qoleadoru Robert Levandovskinin aktivində 500 qol var.