Tarixdə 299-cu "El Klasiko": "Real" əzəli rəqib "Barselona"nı qəbul edir

Tarixdə 299-cu "El Klasiko": "Real" əzəli rəqib "Barselona"nı qəbul edir

Son illərədək haqqında günlərlə müzakirə edilən əzəli və əbədi matç "Real" - "Barselona" qarşılaşmalarının növbəti seriyası bu axşam Madriddə baş tutacaq.

Tarixə 299-cu duel kimi düşəcək "El Klasiko"nun budəfəki ev sahibi Madrid olacaq.

"Santyaqo Bernabeu" stadionunda reallaşacaq görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar La Liqada 188-ci dəfə üz-üzə gələcəklər.

İndiyədək Primerada ən çox qələbəni "Kral klubu" qazanıb - 78 dəfə.

Bu günədək bütün turnirlər daxil keçirilmiş 298 "El Klasiko"da madridlilərin aktivində 110 qalibiyyət var.

"Barselona" 124 dəfə meydandan üzüağ çıxıb, 64 oyun heç-heçə bitib.

298 qarşılaşmadan 256-sı rəsmi sayılır, digərləri müxtəlif qeyri-rəsmi turnirlər, yoldaşlıq oyunları və.s.

Mediasport.az