2023-cü ildə top-liqalarda ən çox qol vuranlar açıqlanıb - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin geridə qalan 10 ayı ərzində top-liqalarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Mediasport.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, ilk pillədə İngiltərə millisinin və "Bavariya" klubunun hücumçusu Harri Keyn qərarlaşıb.
Türkiyə çempionu "Qalatasaray"ın şərəfini qoruyan Mauro İkardi ikinci, İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Haaland üçüncü sırada yer alıb.
1 | Harri Keyn | 29 | İngiltərə | "Tottenhem", "Bavariya" (Almaniya) |
2 | Mauro İkardi | 28 | Argentina | "Qalatasaray" (Türkiyə) |
3 | Erlinq Holann | 26 | Norveç | "Mançester Siti" (İngiltərə) |
4 | Kilian Mbappe | 26 | Fransa | PSJ |
5 | Santyaqo Ximenes | 26 | Meksika | “Feyenoord” (Niderland) |
6 | Lautaro Martines | 25 | Argentina | "İnter" (İtaliya) |
7 | Marko Perez | 25 | Kolumbiya | "Aqilas Doradas" |
8 | Kriştianu Ronaldu | 25 | Portuqaliya | "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) |