"Fənərbağça"nın qapıçısı UEFA Avropa Liqasında liderdir
UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunun ardından ən çox qurtarış edən qapıçıların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, "Fənərbağça"nın üzvü Dominik Livakoviç ən çox seyv edən qolkiperdir.
Xorvatiyalı 13 qurtarışla "Ayntraxt"dan Kauan Santosu (12) qabaqlayıb.
Xatırladaq ki, 29 yaşlı əlcək sahibi İstanbul klubuna ötən ilin yayında transfer edilib.